"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
Altı ay öncə Tbilisidə kirayə yaşadığı mənzildə meyiti tapılan 23 yaşlı soydaşımızın ailə üzvləri və yaxınları Gürcüstanın Baş Prokurorluğu qarşısında aksiya keçiriblər. Buna səbəb Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan Aysunun ölüm səbəbinin aprel ayından bu günədək hələ də açılmamasıdır.
Ailə Aysun Quluyeva ilə ölümündən əvvəl danışdıqlarını və davranışlarında hər hansı qeyri-adi halın müşahidə edilmədiyini deyir. Aysun ilə hal-əhval tutan yaxınları çox keçmir ki, onun ölüm xəbərini alırlar. Gecə saat 02:00 radələrində ailə üzvlərinə zəng edilərək qızlarının hamam otağında asılmış vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə istintaq aparılır. Aysunun valideynləri isə onun başqaları tərəfindən öldürülməsi ilə bağlı bir sıra sübutların olduğunu deyirlər.
“Övladımı öldürüblər, altı aydır ki, ədalət tələb edirəm. Hər dəfə müraciət edəndə yalanlarla qarşılaşıram. Evin qapısında iki kilid var idi. Aşağıda yerləşən kilidi açıb evə daxil olan cinayətkarlar köhnə olan yuxarı kilidi həmin gün dəyişiblər. Evə təzə üç açar atıblar, onları da polislərə təhvil vermişəm. Kilidin yeni dəyişdirildiyi aydın görünür. Bütün bunları bilirlər. Övladımın ölüm səbəbini açmaq istəmirlər. Əlimdə sübutlar çoxdur. Mən ədalət tələb edirəm”, – mərhumun atası Tural Quluyev söyləyib.
#Gürcüstan teqi istifadə olunub
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
- Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI
