“Hər şeyi ödəyirik, qalmışıq ortalıqda” - Çəkilişdə görün necə aradan çıxmaq istədilər - Baku TV
Xırdalan şəhəri, “Abşeron City” Mənzil-Tikinti Kooperativinin yaşayış kompleksində yaşayan sakinlər bildirirlər ki, illər əvvəl yüksək məbləğdə pul ödəyərək ev alıblar. Onlara çıxarışların tezliklə veriləcəyi bildirilsə də, bu günə qədər hələ də həmin sənədlər təqdim olunmayıb.
“Sahib olduğum evi 2019-cu ildən kreditlə almışam. Bütün ödənişi tamamladıqdan sonra dedilər ki, çıxarış verəcəklər, amma hələ də verməyiblər. Dəfələrlə müraciət etmişik, dəqiq cavab ala bilmirik”, – sakinlərdən biri bildirib.
Başqa bir sakin isə belə deyib: “Gəncədəki evi satıb buraya gəldik, indi qalmışıq ortalıqda. Qeydiyyatda olmasam da, bütün ödənişlərimi vaxtında edirəm”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər bir Mənzil-Tikinti Kooperativinin (MTK) alıcıları qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklərdən biri də alıcıların müvafiq sənədlərlə təmin edilməsidir. Əgər MTK sakinləri lazımi sənədlərlə təmin etmirsə, onlar məhkəməyə müraciət edə bilərlər.
İcra Hakimiyyəti də bu məsələdə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib.
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
