Pleyeri seçin:

Hər şeyin qiymətində artım var | Ən çox bahalaşan məhsulların siyahısı açıqlandı

12 dekabr 2024 430 baxış

Dövlət Statistika Komitəsi noyabr ayında ən çox bahalaşan məhsul və xidmətlərin adını açıqlayıb.

Siyahıda 28 adda ərzaq məhsulu, geyimlər, inşaat materialları, mebellər, zərgərlik məmulatları, tibbi laboratoriya, stomatoloji, bərbərxana və kosmetoloji, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətləri yer alıb.

Ümumilikdə noyabr ayında inflyasiya 2023-cü ilin eyni ayına nisbətən 4,4 faiz olub. Halbuki aprel ayında illik inflyasiya 0 faiz təşkil edib.

Baku TV bahalaşma ilə bağlı vətəndaşların rəyini öyrənib.

“Son bir ayda kartof, soğan, yağlar bahalaşıb. Düzdür, ət ala bilmirik, qiymətindən xəbərimiz yoxdur. Deyilənə görə, ətin də qiyməti qalxıb”, – paytaxt sakini söyləyib.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, inflyasiyanın 4,4 faiz olması hökumətin və Mərkəzi Bankın gözləntilərinə uyğundur:

“Ümumiyyətlə, Mərkəzi Bank ölkədə hədəf inflyasiyasını 4 faiz kimi müəyyənləşdirib, 2-6 faizi isə dözümlülük çərçivəsi elan edib. İllik inflyasiyanın sürətlənməsinə bir sıra amillərin təsiri var. Buna misal olaraq iyulun əvvəlində dizel və “Aİ-92” markalı benzinin, eyni zamanda ictimai nəqliyyatın qiymət artımını göstərə bilərik”.

Ekspert onu da əlavə edib ki, inflyasiyanın məqbul səviyyədə olmasına baxmayaraq, 2025-ci ildə əməkhaqları, pensiyalar və digər ödənişlərdə artımın nəzərdə tutulması bahalaşmanın əhaliyə təsirini azaltmaq məqsədi daşıyır. 

Banner
Məktəblərdə müəllimlərin geyimi üçün yeni işgüzar tələblər müəyyənləşdirildi

Məktəblərdə müəllimlərin geyimi üçün yeni işgüzar tələblər müəyyənləşdirildi

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
"43 yaşım var, hələ də atamın yolunu gözləyirəm" | İtkin düşən şəxslə bağlı təsirli sözlər - Baku TV

"43 yaşım var, hələ də atamın yolunu gözləyirəm" | İtkin düşən şəxslə bağlı təsirli sözlər - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
“Əməl etməsələr...” | Yeni tələblər | Müəllimlər üçün vahid geyim olacaq, yoxsa...? - Baku TV

“Əməl etməsələr...” | Yeni tələblər | Müəllimlər üçün vahid geyim olacaq, yoxsa...? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
“Pulu birbaşa müəllim yığmasa da...” - İddia | “Tələbələr pis görünməmək üçün məcbur qalır ki...”

“Pulu birbaşa müəllim yığmasa da...” - İddia | “Tələbələr pis görünməmək üçün məcbur qalır ki...”

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI

Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
“Döyüşün taleyini həll edən silah deyil” | Qazi Aslan Şərifovun unudulmaz döyüş xatirələri - Baku TV

“Döyüşün taleyini həll edən silah deyil” | Qazi Aslan Şərifovun unudulmaz döyüş xatirələri - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
“Bu rəqəmlər heç də az deyil” | Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans - Baku TV

“Bu rəqəmlər heç də az deyil” | Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
Kanat yolları hansı ərazilərdə olacaq? - Bakı nəqliyyatında nə dəyişəcək? - Baku TV CANLI

Kanat yolları hansı ərazilərdə olacaq? - Bakı nəqliyyatında nə dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI

Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 430 baxış
Seçilmişlər
icon