Pleyeri seçin:

Heydər Əliyev Mərkəzində "Muğam aləmi"nin yekun konserti keçirildi

26 iyun 2023 437 baxış

Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirilib.

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Festival çərçivəsində təşkil olunan konsertlər, eləcə də muğam müsabiqəsi gənc istedadların üzə çıxarılmasına və tanınmasına xidmət edir, onların sənətkarlıq keyfiyyətlərinin daha da cilalanmasında yeni bir mərhələ rolunu oynayır.

Yekun konsertin ən təntənəli məqamı muğam müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” rəqs ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb.

Daha sonra məşhur kaman ifaçısı İmamyar Həsənovun, eləcə də Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovun çıxışları olub.

Sonra 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və ifanı Xalq artisti Mənsum İbrahimov konsertin digər bütün iştirakçıları ilə birgə təqdim edib.

Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI

Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
Başqasının mesajlarını oxumaq istəyənləri hansı təhlükə gözləyir? - Baku TV

Başqasının mesajlarını oxumaq istəyənləri hansı təhlükə gözləyir? - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
"Qaldım qışqıra-qışqıra, buradan keçmək olar?!" | Əhali bezdi | “Çaqqallar yığışır burada” - Baku TV

"Qaldım qışqıra-qışqıra, buradan keçmək olar?!" | Əhali bezdi | “Çaqqallar yığışır burada” - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
Piyada keçidində lift və işıq problemi | "Sakinlər daha nə qədər gözləməlidir?!" - Baku TV

Piyada keçidində lift və işıq problemi | "Sakinlər daha nə qədər gözləməlidir?!" - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV

Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
“Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!” - Amil Mustafayevin qəhrəmanlıq hekayəsi - Baku TV

“Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!” - Amil Mustafayevin qəhrəmanlıq hekayəsi - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
"Tək gedirdim, hər tərəfə mərmi düşürdü" | Qazi Əflatun Məmmədov yaşadıqlarını danışdı - Baku TV

"Tək gedirdim, hər tərəfə mərmi düşürdü" | Qazi Əflatun Məmmədov yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

"Yerimizi dəyişəndə minomyot onun yanına düşdü" | Xüsusi Təyinatlı qazi Qafar Fərzəliyev - Baku TV

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Məktəbdə valideynləri özündən çıxaran mənzərə | Masallıda şagirdlər çətin durumda - Baku TV CANLI

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Qadın bədəni nə zaman kökəlməyə meyilli olur? - Hormonlar bizi necə idarə edir? - BAKU MED

Cəmiyyət
26 sentyabr 2026 437 baxış
Seçilmişlər
icon