Pleyeri seçin:

İnfarktın əlamətlərinə bənzəsə də… | "Qırıq qəlb" sindromu təhlükəlidir?

17 fevral 2025 569 baxış

Takotsubo kardiyomiyopatiyası, yaxud “qırıq qəlb” sindromu gözlənilməz güclü emosional sarsıntıya reaksiya olaraq baş verir və döş qəfəsində ağrı ilə müşayiət olunur. Ürəyin sol mədəciyinin keçici disfunksiyasıdır.

Rusiyalı kardioloq Polina Kontsedailo “İzvestiya”ya bu haqda danışıb və bildirib ki, Takotsubo sindromunun inkişafı ilə ürək əzələsi bərabər şəkildə daralma qabiliyyətini itirir: sferik forma alan və ürəyin yuxarı hissəsinin daralma qabiliyyəti azalır, bazal hissələrin daralması artır.

“Qırıq qəlb” sindromu şiddətli stres, sıx emosiyalar fonunda inkişaf edir. Bəzən sevinəndə də baş verə bilər və bu zaman “xoşbəxt ürək” sindromu adlanır.

Bu kardiyomiyopatiya müxtəlif xəstəliklər, kəskin vəziyyətlər, tibbi müdaxilələr və dərmanların istifadəsi nəticəsində baş verə bilər. Takotsubo sindromunun simptomları bəzən miyokard infarktı əlamətlərindən fərqlənmir: döş qəfəsində sıxıcı və ya yanma ağrısı, nəfəs darlığı hissi, həddindən artıq tərləmə, anormal ürək ritmləri, huşun itirilməsi kimi əlamətlər ola bilər. Ən çox 50 yaşdan yuxarı qadınlara təsir göstərir, lakin cavan kişilərdə və qızlarda da xəstəliyin nadir halları mövcuddur.

“Qırılmış ürək” sindromunun proqnozu ümumiyyətlə müsbətdir. Əksər xəstələrdə ürəyin fəaliyyətindəki bütün dəyişikliklər bərpa olunur və 1-4 həftə ərzində sıxılması normallaşır. Bu müddət ərzində xəstə ciddi tibbi nəzarət altında klinikada qalmalıdır.

Takotsubo sindromunun xoşxassəli xəstəlik hesab edilməsinə baxmayaraq, bu diaqnozu olan insanlarda kəskin ürək çatışmazlığı və hətta ölüm halları kifayət qədər yüksəkdir.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 569 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 569 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 569 baxış
Seçilmişlər
icon