Pleyeri seçin:

Kamera yanan kimi Tünzalə güc toplayırdı, ağrıları yadından çıxırdı | RETRO BAKU

15 fevral 2025 691 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda mərhum aktrisa Tünzalə Əliyevadan bəhs olunub.

Tünzalə Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən aktrisa 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub.

Onun haqqında xatirələrini bölüşən aktrisa Ülviyyə Əliyevanın sözlərinə görə, T.Əliyeva çox sadə, səmimi insan olub.

“Dost kimi ona çox güvənirdim. Sənətdə olduğum 27 ildə Tünzalə kimi partnyorum olmayıb. Bir-birimizi çox yaxşı başa düşürdük. Tünzalə xəstəlikdən sağalmış, şişi getmişdi. Amma bir həftə sonra şiş yenidən əmələ gəldi.

Bir gün saytlardan biri zəng edib Tünzalənin vəfat etdiyini dedi. İnana bilmədim. Daha sonra öyrəndim ki, həqiqətən, dünyasını dəyişib. Həmin gün mən teatrda tamaşada oynayırdım. Üzümdə canlandırdığım obrazın maskası var idi, ağlaya-ağlaya rolu oynayırdım. Güclə tamaşanı başa vurub xəstəxanaya yollandım”, – deyə Ü.Əliyeva sözlərinə əlavə edib.

Əməkdar artist Dilarə Əliyeva T.Əliyeva haqqında təəssüratlarını bölüşərkən bildirib ki, o, kimyaterapiyadan sonra günlərlə özünə gələ bilmirdi:

“Çəkilişə ağrıkəsicilər vurub gəlirdi. Həmin dərmanları içəndən sonra isə qanı düşürdü. Rolunu bütün gücü ilə oynayır, həmin anı yaşayırdı. Lakin kamera bağlanandan sonra isə halsız olur, gedib divanda uzanırdı. Yemək belə yeyə bilmirdi. Həmişə düşünürdüm ki, onun durumu göz qabağındadır, ölümünə hazıram. Amma dünyasını dəyişəndə gördüm ki, insan heç vaxt belə hallara hazır olmur”. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 691 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 691 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 691 baxış
Seçilmişlər
icon