Pleyeri seçin:

Kəmalə heç kəsin çıxmağa risk etmədiyi, təhlükəli qalaya çıxdı - KƏNDİNƏ QAYIT

03 iyul 2024 540 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin aparıcısı bu dəfə Zaqatalanın Yuxarı Çardaxlar kəndində yerləşən və çıxılması çətin olan Pəriqalanı fəth etməyə çalışıb.

Zaqatalada çoxlu kilsələr və müdafiə məqsədilə tikilmiş dörd qala var: Çingizqala, Kəbəloba qülləsi, Pəriqala və Zaqatala qalası. Bunların içində ən təhlükəlisi isə Pəriqaladır. Deyilənə görə, bu qalaya bələdçisiz çıxmaq çox müşkül məsələdir.

Alban memerlığına xas olan Pəriqala 150-200 metr hündürlükdə dağ sıldırımında tikilib. 3 otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Bu qalanın əsas özəlliyi isə ondadır ki, onun tikintisində daşdan istifadə olunmayıb, qala qaya çapılaraq inşa edilib.

“Pəri qalası”nın dəqiq inşa tarixi tam bəlli deyil. Qala strateji baxımdan çox əlverişli yerdə tikilib. Əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər.

Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini, qızlarını qoruyan qala.

Deyirlər ki, indiyə qədər Pəriqalanın ən yuxarısına çıxan olmayıb. “Kəndinə qayıt” komandası isə çətin və qorxulu yollardan keçərək bələdçinin köməyi ilə Pəriqalanı fəth edə bilib. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 540 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 540 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 540 baxış
Seçilmişlər
icon