Pleyeri seçin:

Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

09 iyul 2026 378 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş Ulduz Məmmədovanın sözlərinə görə, o, “Bina.az” saytında yerləşdirilən bağ evi elanını bəyəndikdən sonra özünü əmlakçı kimi təqdim edən şəxslə əlaqə saxlayıb.

Şikayətçi bildirir ki, qarşı tərəf evi bron etmək üçün ondan 50 manat beh və şəxsiyyət vəsiqəsinin fotosunu istəyib. Lakin ödəniş edildikdən sonra həmin şəxs evin dəqiq ünvanını göndərməyib və zənglərə cavab verməməyə başlayıb.

“İstədik ki, evin ünvanını göndərsin, amma adam zənglərimizə baxmır, mesajlarımıza cavab vermirdi. Sonra dedik ki, evə baxış keçirmək istəyirik. O isə gah bu gün alınmadığını, gah da sabah mümkün olacağını deyirdi. Bizi bu cür yola verirdi”, – deyə Ulduz Məmmədova bildirib.

Şikayətçinin sözlərinə görə, daha sonra onların tanışları da həmin şəxslə əlaqə saxlayıb və eyni evin kirayə verilib-verilmədiyini soruşublar. İddiaya görə, həmin şəxs onlara da evin kirayə verildiyini deyib.

“Özünü Elnur kimi təqdim edirdi. Sonradan məlum oldu ki, əslində, adı Elnur yox, Elgündür”, – deyə şikayətçi əlavə edib.

Qarşı tərəf isə ittihamları qəbul etməyib.

“Mən demişəm ki, gedək, bağı göstərim. Özləri istəməyiblər. Beh veriblər, sonra da bağı kirayəyə götürməkdən imtina ediblər”, – Elnur Əhmədov deyib.

Baku TV-nin çəkilişindən sonra tərəflər arasında razılıq əldə olunub. Şikayətçinin bildirdiyinə görə, özünü əmlakçı kimi təqdim edən şəxs beh qismində aldığı 50 manatı geri qaytarıb.

Kopyalandı
Banner
Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

Cəmiyyət
17 oktyabr 2026 378 baxış
Seçilmişlər
icon