Lökbatanda ölümlə üz-üzə | Sürücüləri gözləyən təhlükə - Baku TV
Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 6-cı massivində yerləşən Rasim Məmmədov küçəsindəki yol sürücülər üçün ciddi təhlükəyə çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə asfaltlanan və nişanlanma xətləri çəkilən yolun qəfil uçurumla bitdiyi aydın görünür.
Ərazini tanımayan sürücülər xüsusilə gecə saatlarında işıqlandırmanın olmaması səbəbindən böyük risklə qarşı-qarşıya qalırlar. Oxşar vəziyyət paraleldə yerləşən digər küçələrdə də müşahidə olunur.
Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəllər bu ərazidəki dərələr doldurularaq yerində fərdi yaşayış evləri tikilib. Lakin müəyyən hissələr hələ də açıq qaldığından sürücülərin həyatı üçün böyük təhlükə yaradır.
Sakinlərdən biri mövcud vəziyyəti belə izah edib:
"Arxadakı küçə də, bizim küçə də eyni vəziyyətdədir. Yolu tanımayan sürücü gəlsə, birbaşa dərəyə aşıb faciə yaşana bilər. Ərazidə heç bir işıqlandırma sistemi də yoxdur".
#Lökbatan teqi istifadə olunub
- Lökbatanda uzun müddətdir təmir olunmayan yol sakinləri narahat edir
- Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV
- Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət
- "Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV
- Sumqayıt istiqamətində sıxlıq yaranıb
