Pleyeri seçin:

Medianın İnkişafı Agentliyi milli icmalarla bağlı açıqlama verdi - Baku TV

30 avqust 2026 49 baxış

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərir.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir:

“Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.

Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudiəsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən “Ajmedia.news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilmiş və onun fəaliyyəti qanunsuz hesab edilmişdir.

Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər”.

Kopyalandı
Avqustun 31-i Bakı və bölgələrdə hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV

Avqustun 31-i Bakı və bölgələrdə hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
30 avqust 2026 49 baxış
Diyetoloqlardan xəbərdarlıq

Diyetoloqlardan xəbərdarlıq

Cəmiyyət
30 avqust 2026 49 baxış
Əsl narsist kimdir? | Sakinlər suala necə cavab verdi? - Baku TV

Əsl narsist kimdir? | Sakinlər suala necə cavab verdi? - Baku TV

Cəmiyyət
30 avqust 2026 49 baxış
Zərərçəkən kişilərin sayına görə bu ərazi birinci yerdədir - Baku TV

Zərərçəkən kişilərin sayına görə bu ərazi birinci yerdədir - Baku TV

Cəmiyyət
30 avqust 2026 49 baxış
FHN xəbərdarlıq etdi: Bu ərazilərdən uzaq durun - Baku TV CANLI

FHN xəbərdarlıq etdi: Bu ərazilərdən uzaq durun - Baku TV CANLI

Cəmiyyət
30 avqust 2026 49 baxış
Sürücülər bu hava şəraitinə hazır olsun | BDYPİ-dən sürücülərə çağırış - Baku TV

Sürücülər bu hava şəraitinə hazır olsun | BDYPİ-dən sürücülərə çağırış - Baku TV

Cəmiyyət
30 avqust 2026 49 baxış
Bakıxanovda təhlükə yaradan ağac niyə hələ də götürülməyib? | Sakinlər şikayətçidir - Baku TV

Bakıxanovda təhlükə yaradan ağac niyə hələ də götürülməyib? | Sakinlər şikayətçidir - Baku TV

Cəmiyyət
29 avqust 2026 49 baxış
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətirdi - Baku TV

Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətirdi - Baku TV

Cəmiyyət
29 avqust 2026 49 baxış
Ağac aşsa, ağır nəticə ola bilər? | Sakinlər tədbir görülməsini istəyir - Baku TV

Ağac aşsa, ağır nəticə ola bilər? | Sakinlər tədbir görülməsini istəyir - Baku TV

Cəmiyyət
29 avqust 2026 49 baxış
"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

Cəmiyyət
29 avqust 2026 49 baxış
Seçilmişlər
icon