Pleyeri seçin:

Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

06 mart 2023 444 baxış

Bu gün martın 6-sı dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Onun vəfatından 68 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1902-ci ildə hələ 17 yaşında olarkən Müsəlman Gənclik Təşkilatını yaradıb. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsuli-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də müxtəlif ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra Məhəmməd Əmin Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qaldı. Uzun illər doğma ölkəsindən kənarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. 

"Yolu çəkənin günahıdır" | Məmmədli sakinləri çarəsiz vəziyyətdə qalıb - Baku TV

"Yolu çəkənin günahıdır" | Məmmədli sakinləri çarəsiz vəziyyətdə qalıb - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
"Yol təmiz olmalıdır" | Piyada səkisində tikilən obyekt narazılıq yaratdı - Baku TV

"Yol təmiz olmalıdır" | Piyada səkisində tikilən obyekt narazılıq yaratdı - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbi - Baku TV

İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbi - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
Mayın son günü hansı bölgələrə yağış yağacaq? - Baku TV

Mayın son günü hansı bölgələrə yağış yağacaq? - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
"Dedi ki, narazısansa, get..." | İllərdir istifadə etdiyi torpaq sakinin əlindən alınır? - Baku TV

"Dedi ki, narazısansa, get..." | İllərdir istifadə etdiyi torpaq sakinin əlindən alınır? - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
Suşi sevənləri məyus edən xəbər | "O şey ki çiydir, özü də..." - Suşi təhlükəlidir, ya...? - Baku TV

Suşi sevənləri məyus edən xəbər | "O şey ki çiydir, özü də..." - Suşi təhlükəlidir, ya...? - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
"Evimi də, maşınımı da sataram ki..." | Elçin Cəfərovun ilk solo konserti keçirildi  - Baku TV

"Evimi də, maşınımı da sataram ki..." | Elçin Cəfərovun ilk solo konserti keçirildi - Baku TV

Cəmiyyət
30 may 2026 444 baxış
Ağcaqanadlardan qorunmağın ən yaxşı üsulu

Ağcaqanadlardan qorunmağın ən yaxşı üsulu

Cəmiyyət
30 may 2026 444 baxış
İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edir? - BAKU MED

İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edir? - BAKU MED

Cəmiyyət
30 may 2026 444 baxış
“Sənə pislik edənlərin 90 faizi yaxşılıq etdiklərindir” | Axund Azər: “Bunu eşidən dəli olurdu”

“Sənə pislik edənlərin 90 faizi yaxşılıq etdiklərindir” | Axund Azər: “Bunu eşidən dəli olurdu”

Cəmiyyət
29 may 2026 444 baxış
Seçilmişlər
icon