Pleyeri seçin:
Meymunçiçəyi virusu ilə bağlı daha bir qurum hərəkətə keçdi
Dövlət Gömrük Komitəsi hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirir.
Buraxılış məntəqələrində hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur.
Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb.
“Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, növbəti addımlar Səhiyyə Nazirliyi, TƏBİB və müvafiq qurumlarla birgə xüsusi təlimata əsasən həyata keçiriləcək”, – deyə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Kopyalandı
#Meymunçiçəyi virusu teqi istifadə olunub
- Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb
- Honkonqda meymunçiçəyi xəstəliyinə yoluxma səhiyyə qurumlarını hərəkətə keçirib - Baku TV CANLI
- Azərbaycanda meymunçiçəyinə yoluxan ilk şəxslə bağlı vacib məlumat
- Azərbaycanda meymunçiçəyinə yoluxan kişinin son vəziyyəti | TƏBİB-dən açıqlama
- SON DƏQİQƏ: Azərbaycanda bir nəfər meymunçiçəyi virusuna yoluxdu
