Pleyeri seçin:
Mina təhlükəsi: ANAMA VƏ DİN təcili xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb.
Bu barədə DİN və ANAMA-nın birgə yaydığı məlumatda bildirilib.
Bildirilib ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:
1.Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
2.Yalnız gündəlik işlək yollardan istifadə edin!
3.Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
4.Naməlum əşyalara toxunmayın!
5.Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!
Kopyalandı
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu | DİN-dən açıqlama - Baku TV
- Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI
- Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV
