Cəmiyyət
Pleyeri seçin:

MN-də toplanış keçirildi: hərbçilərlə bağlı mühüm dəyişikliklər

29 noyabr 2023 5 baxış

Azərbaycanda hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq.

Bu barədə Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanışda məlumat verilib.

Toplanışda çıxış edən idarə rəisi Elçin Əliyev bildirib ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq.

İdarə rəisi hazırda parlamentin müzakirəsində olan yeni qanun layihələri barədə də danışıb. Qeyd edib ki, dəyişikliklərdə gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır.

Yeni islahatın tərkib hissəsi kimi hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub. Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib.

Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub.

Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.

Şirələr meyvələr qədər xeyirli deyil? | Vacib araşdırmanın nəticələri

Şirələr meyvələr qədər xeyirli deyil? | Vacib araşdırmanın nəticələri

Cəmiyyət
15 yanvar 2025 5 baxış
Kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib

Kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib

Cəmiyyət
15 yanvar 2025 5 baxış
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Sənətkarın dostu" layihəsi təşkil edildi

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Sənətkarın dostu" layihəsi təşkil edildi

Cəmiyyət
15 yanvar 2025 5 baxış
Bakıdakı Rus evində Mehriban Şəmsəddinskayanın fərdi sərgisinin açılışı olub

Bakıdakı Rus evində Mehriban Şəmsəddinskayanın fərdi sərgisinin açılışı olub

Cəmiyyət
15 yanvar 2025 5 baxış
Bu yumurtalar qadınları hamiləliyə hazırlamağa qadirdir | Alimlərdən maraqlı araşdırma

Bu yumurtalar qadınları hamiləliyə hazırlamağa qadirdir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
15 yanvar 2025 5 baxış
Yol bərbad vəziyyətdədir | Şamaxıda torpaq sürüşməsi sakinləri narahat edir

Yol bərbad vəziyyətdədir | Şamaxıda torpaq sürüşməsi sakinləri narahat edir

Cəmiyyət
15 yanvar 2025 5 baxış
Qırmızı işığın faydaları açıqlandı | Siçanlar üzərində araşdırma aparıldı

Qırmızı işığın faydaları açıqlandı | Siçanlar üzərində araşdırma aparıldı

Cəmiyyət
14 yanvar 2025 5 baxış
Azərbaycanlı əfsanəvi pilot AZAL-ın qəzaya uğrayan təyyarəsindən danışdı | Doğru cavab isə…

Azərbaycanlı əfsanəvi pilot AZAL-ın qəzaya uğrayan təyyarəsindən danışdı | Doğru cavab isə…

Cəmiyyət
14 yanvar 2025 5 baxış
Bakteriya inanılmaz kəşfə yol açdı | Bu üsuldan necə istifadə olunacaq?

Bakteriya inanılmaz kəşfə yol açdı | Bu üsuldan necə istifadə olunacaq?

Cəmiyyət
14 yanvar 2025 5 baxış
Qurumlar bizi yola verir... | Binə sakinləri suyun içində yaşamağa məcbur qaldı

Qurumlar bizi yola verir... | Binə sakinləri suyun içində yaşamağa məcbur qaldı

Cəmiyyət
14 yanvar 2025 5 baxış
Seçilmişlər
icon