Mütəxəssislər həyəcan təbili çaldı | Meyvə ağaclarında xəstəlik yayılıb?
Son günlər aramsız yağan yağışlar və dolu Qubanın alma bağlarına ciddi ziyan vurub.
Bundan başqa, may ayında müşahidə olunan anomal hava bağlarda dəmgil, qara ləkə və bir sıra təhlükəli xəstəliyin yayılma riskini artırıb. İlk olaraq yarapaqlarda müşahidə olunan xəstəlik daha sonra meyvələrə keçir və beləcə həm məhsuldarlıq aşağı düşür, həm də meyvələr inkişafdan qalır. Nəticədə fermerin ilboyu çəkdiyi əziyyət hədər gedir.
Bundan başqa, soyuq hava şəraiti alma bağlarında zərərvericilərin yayılmasına da səbəb olub.
Mütəxəssislər isə fermerləri ciddi tədbir görməyə səsləyir. Əgər vaxtında qabaqlayıcı tədbirlər görülməsə, il boyu çəkilən zəhmət hədər gedəcək. Hesab olunur ki, hava şəraiti imkan verən kimi bağlarda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi mütləqdir.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
