Nadir sənət növünü yaşadan sənətkar | Fransada 2 min avrodur, mən isə bu qiymətə satıram ki...
Çini üzərində miniatür işləmə sənəti ölkəmizdə yaşadılan nadir sənət növlərindəndir.
Azərbaycanda bu işlə azsaylı sənətkarlar məşğul olur. Onlardan biri də ömrünün 50 ilini bu sənətə həsr edən gəncəli Rasim Hüseynovdur.
Onun bir-birindən ecazkar yüzlərlə əl işi yerli və xarici sənətsevərlərin kolleksiyasını bəzəyir.
Rasim Hüseynov 1981-1982-ci illərdə Azərbaycan miniatür sənətinə böyük maraq göstərib və unudulmuş sənətə yeni nəfəs verərək onu SSRİ-də ilk dəfə olaraq çini üzərində işləyib.
“Xarici ölkələrdə əl işləri çox baha satılır. Fransada qiyməti 2 min avro olan əsəri mən 100 manata satıram. Əl işlərimin qiyməti 50-1000 manatdır. Çəkdiyim əziyyətə, sərf etdiyim vaxta görə qiymət dəyişir”, – o söyləyib.
Miniatürçü rəssam bu sənəti ölümsüzləşdirmək istədiyini bildirib:
“Gəncədə heç bir rəssamın emalatxanası yoxdur. Emalatxanam olsa idi, uşaqlara bu sənəti öyrədərdim. Qızıma, oğluma öyrətsəm də, bu, kifayət etmir”.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
