Pleyeri seçin:
Naxçıvanlılara ƏDV-dən nə qədər pul geri qayıdıb?
2023-cü ildə Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 857,2 min manat, təkcə dekabr ayında isə 105 min manat ƏDV məbləği geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, yanvar ayı ilə müqayisədə dekabr ayında istehlakçılara qaytarılan məbləğ 5 dəfə artıb.
Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il yanvarın 1-də muxtar respublikada 2 798 ədəd yeni nəsil aparat quraşdırılıb. 2023-cü ildə belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 240 milyon manat olub.
Kopyalandı
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
