Pleyeri seçin:

Nəbatat Bağında baş verən tükürpərdici hadisənin təfərrüatı | Ekspertdən təcili xəbərdarlıq

30 iyul 2025 674 baxış

Xəbər verdiyimiz kimi, Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb. Hadisənin insanların tez-tez üz tutduğu bir məkanda baş verməsi xüsusilə yay aylarında təhlükəsizlik tədbirlərinin nə dərəcədə yetərli olduğu barədə suallar doğurur.

Bu kimi məkanlarda, ümumiyyətlə, hansısa qabaqlayıcı tədbirlər görülür?

Məsələ ilə bağlı Mərkəzi Nəbatat Bağından açıqlama verilib.

“Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir. Bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür. Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar. Həmçinin sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”, ‒ deyə açıqlamada qeyd olunub.

Mütəxəssislər isə bildirirlər ki, payız və yay aylarında ilanların aktivliyi artır, bu səbəbdən park və bağlarda daha ciddi profilaktik tədbirlər görülməlidir.

“Azərbaycanda ilanların ovlanması ilə məşğul olan, monitorinq aparan dövlət qurumu yoxdur. İlanlar əsasən Mərkəzi Nəbatat Bağının ucqar hissələrində müşahidə olunur. Lakin son dövrlərdə bu ərazidə aparılan rekonstruksiya işləri nəticəsində həmin lokal ərazilərdə yaşayan ilanlar bağın digər sahələrinə yayılıblar”, ‒ deyə Zoologiya İnstitutunun əməkdaşı Təvəkkül İsgəndərov bildirib.

Qeyd edək ki, ilan sancan azyaşlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Dərhal ona ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Müalicəsi isə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. 

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 674 baxış
Seçilmişlər
icon