Pleyeri seçin:

Paket çörəklərlə bağlı nələri bilmirik? | Ekspertlərdən açıqlama

11 mart 2026 376 baxış

Zaman-zaman sosial şəbəkələrdə paketlənmiş çörəklərlə bağlı müxtəlif iddialarla rastlaşırıq.

Bildirilir ki, bəzi paketlənmiş çörəklərin tərkibinə məhsulun daha uzun müddət saxlanılmasını təmin etmək və kiflənmənin qarşısını almaq üçün xüsusi qatqılar əlavə olunur.

İddialara görə, bu maddələrin tez-tez və normadan artıq istifadəsi müxtəlif sağlamlıq problemlərinə, hətta bəzi hallarda xərçəng riskinin artmasına səbəb ola bilər.

Bəs görəsən, çörəklərin tərkibinə hansı maddələr qatılır? Bu maddələr, həqiqətənmi, insan sağlamlığı üçün təhlükə yaradır?

Qida üzrə mütəxəssis Seymur Qafarov belə deyir:

“Piştaxtalarda apardığımız araşdırmalar zamanı çörək məhsullarının hətta 100 günə qədər paketlənmiş vəziyyətdə qala bilən növlərinə rast gəlinib. Bu, əlbəttə ki, çörəyin uzun müddət saxlanılması, xarab olmaması və keyfiyyətini itirməməsi üçün tərkibinə bir sıra qatqı maddələrinin əlavə olunmasını tələb edir. Bu maddələr arasında konsentratlar, emulqatorlar və stabilizatorlar yer alır. Avropa Birliyi tərəfindən qəbul edilmiş və insan sağlamlığına təhlükə yaratmayacaq kodlar altında bu maddələr birləşdirilir. Lakin qatqı maddələrinin miqdarının artıq istifadəsi insan sağlamlığına zərər verə bilər. Həmçinin bu, məhsulun keyfiyyətinin pisləşməsinə və təhlükəsizlik standartlarının pozulmasına səbəb ola bilər”.

Mütəxəssislər bildirirlər ki, qida məhsullarında istifadə olunan hər bir maddə müəyyən norma çərçivəsində tətbiq olunmalıdır. İstehlakçılar isə məhsul alarkən qablaşdırmanın üzərində göstərilən tərkib məlumatlarına diqqət yetirməli və mənşəyi məlum olmayan məhsullardan uzaq durmalıdırlar.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 376 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 376 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 376 baxış
Seçilmişlər
icon