Pleyeri seçin:

"Pul ancaq yeməyə gedir" | Sakinlər danışdı | "Min manat olmalıdır ki, camaat tərpənə bilsin"

16 oktyabr 2026 18 baxış

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil.

Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

“Minimum əməkhaqqı ən azı 800 manat olmalıdır ki, hər kəs rahat dolana bilsin. Tələbə olduğum halda 400 manat mənə kifayət etmir”, – sakinlərdən biri söyləyib.

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin 44 faizinin sosialyönümlü olması nəzərdə tutulur. Eyni zamanda gələn il iqtisadi artımın 2,7 faiz olacağı proqnozlaşdırılır.

Belə olan halda növbəti ildə minimum əməkhaqqının artması üçün iqtisadi əsaslar nədən ibarətdir?

İqtisadçı Xalid Kərimli bildirib ki, minimum əməkhaqqı müəyyən edilərkən bir sıra amillər nəzərə alınmalıdır:

“Minimum əməkhaqqına baxılmanı tənzimləyən qanunvericilik aktında bir neçə əsas məqam göstərilib. Burada iqtisadi inkişaf və iqtisadi artım göstəriciləri əsas rol oynayır. Əmək məhsuldarlığının necə dəyişməsi, ortaaylıq əməkhaqqı, manatın alıcılıq qabiliyyəti, yəni inflyasiyanın səviyyəsi, sosial müavinətlər, yaşayış minimumunun dəyişməsi və iqtisadiyyatda məşğulluğun səviyyəsi də mühüm amillərdir. Hökumət minimum əməkhaqqını müəyyənləşdirərkən qanunda göstərilən bu amilləri kompleks şəkildə qiymətləndirməlidir”.

Ekspert onu da qeyd edib ki, minimum əməkhaqqının çox artırılması iqtisadiyyatda məşğulluq problemlərinə səbəb ola bilər.

Xalid Kərimlinin proqnozuna görə, bu artım 10-15 % həddində ola bilər. 

Kopyalandı
Banner
Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI

Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
“Gənclərə bu problemlərdə güzəşt olunsa...” | Evlənənlərin sayı niyə azalıb? - Baku TV

“Gənclərə bu problemlərdə güzəşt olunsa...” | Evlənənlərin sayı niyə azalıb? - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
“Faydadan çox zərəri var” | Həkim əvəzinə süni intellektə üz tutanların nəzərinə - Baku TV

“Faydadan çox zərəri var” | Həkim əvəzinə süni intellektə üz tutanların nəzərinə - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir? - Baku TV CANLI

Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir? - Baku TV CANLI

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
"H&M" Azərbaycana gəldi | İlk 100 müştərini nələr gözləyir? - Baku TV

"H&M" Azərbaycana gəldi | İlk 100 müştərini nələr gözləyir? - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 18 baxış
Seçilmişlər
icon