Pleyeri seçin:

Pul verməsək, imtahanlara buraxılmayacağıq | Tələbələr universitetdən şikayətləndi - Baku TV

02 aprel 2026 349 baxış

Qərbi Kaspi Universitetinin bir qrup tələbəsi iddia edir ki, onlar dövlət sifarişi ilə, yəni ödənişsiz əsaslarla təhsil haqqı qazanıblar. Lakin universitet rəhbərliyi onlardan illik ödəniş tələb edir. Bildirilir ki, səbəb kimi dövlət tərəfindən universitetə ödənişin edilmədiyi göstərilir.

Tələbələrin iddiasına görə, ödənişin edilməməsi halında semestr imtahanlarına buraxılmayacaqları ilə bağlı xəbərdarlıq alıblar.

“Həm stipendiyamızı ödəmirlər, həm də dövlət tərəfindən ödənilən təhsil haqqından əlavə olaraq bizdən borc adı ilə pul tələb edirlər. Bu borcu ödəməsək, may imtahanlarına buraxılmayacağımızı bildirirlər”, – tələbələrdən biri söyləyib.

“Bizə müəyyən bir siyahı təqdim olundu və hər bir tələbənin qarşısında borc göstərildi. Bu borcun səbəbini soruşduqda bizə Elm və Təhsil Nazirliyi tərəfindən təhsil haqqımızın yarımçıq ödəndiyi və geri qalan məbləği bizim ödəməli olduğumuz bildirildi. Rəsmi sənəd tələb etdiyimiz halda isə heç nə təqdim olunmadı”, – başqa bir tələbə qeyd edib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı adı ilə hər hansı ödənişin tələb edilməsi qanunaziddir: “Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz”.

Banner
“Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”

“Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Bakıda bir sərnişinə görə avtobusu saxlamaq qərarı sürücüyə baha başa gəldi - Baku TV CANLI

Bakıda bir sərnişinə görə avtobusu saxlamaq qərarı sürücüyə baha başa gəldi - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
"400 metr piyada getmişəm" | Bir sərnişinə görə hamını yolda qoymaq istədi, işindən oldu - Baku TV

"400 metr piyada getmişəm" | Bir sərnişinə görə hamını yolda qoymaq istədi, işindən oldu - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV

Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
“Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV

“Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 349 baxış
Seçilmişlər
icon