Pleyeri seçin:

Qiymətlər bizi qane etmir | Bayram süfrəsi neçəyə başa gələcək?

09 dekabr 2024 428 baxış

Yeni ilə sayılı günlər qalıb. Hər kəs bayram axşamını təmtəraqlı keçirmək və süfrəsinin naz-nemətlərlə dolu olmasını istəyir.

Maraqlıdır, bəs bayramqabağı qiymətlər necədir?

Baku TV bunu araşdırmaq üçün paytaxtdakı bazarlardan birində olub.

“Fındığın qiyməti 14-15, badamın isə 17-24 manat arasında dəyişir. Kişmiş 22-24 manatadır. Şabalıdı 14-15 manata satırıq. Düyü isə 3 manat 50 qəpikdən 10 manata kimidir”, – satıcılardan biri deyib.

Satıcılar deyirlər ki, bazarda alıcılıq qabiliyyəti bir qədər zəifdir. Onların sözlərinə görə, adətən bayrama bir neçə gün qalmış bazarlarda sıxlıq müşahidə olunur.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ötən illərlə müqayisədə ərzaq məhsullarının qiymətində ciddi artım var. Oktyabr ayına olan məlumata görə, istehlak qiymətləri indeksi son 12 ayda 3,4 faiz bahalaşıb:

“Ət və ət məhsulları son 12 ayda 4,4, meyvələr isə 9 faizə qədər bahalaşıb. Kərə yağında 3 faizə qədər bahalaşma müşahidə olunur. 2022-ci ilə nisbətən 2023-cü ildə qiymət artımı daha sürətli idi. Lakin 2023-cü illə müqayisədə qeyd olunan ərzaq məhsulları üst-üstə 5 faizdən çox bahalaşıb. Bu o deməkdir ki, eyni süfrəni əvvəlki ildəki kimi qurmağa çalışsanız, təqribən 100 manatlıq süfrə 105-106 manata başa gələcək”.

Banner
Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI

Güclü yağışdan sonra sakinlərin gündəlik yaşayışı alt-üst oldu - Baku TV CANLI

Cəmiyyət
07 oktyabr 2026 428 baxış
Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 428 baxış
Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV

Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 428 baxış
Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV

Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 428 baxış
Hökməli sakinlərinin palçıqlı yollarla imtahanı - Baku TV

Hökməli sakinlərinin palçıqlı yollarla imtahanı - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 428 baxış
"Gələndə dedim ki, adam burada yaşaya və işləyə" | Müharibə iştirakçısı həkim Rəşad Sultan - Baku TV

"Gələndə dedim ki, adam burada yaşaya və işləyə" | Müharibə iştirakçısı həkim Rəşad Sultan - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 428 baxış
Yeni istehsal müəssisəsi ölkənin dərman təminatına necə təsir edəcək? - Baku TV

Yeni istehsal müəssisəsi ölkənin dərman təminatına necə təsir edəcək? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 428 baxış
Azərbaycan Alban-Udi Dini İcmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər - Baku TV

Azərbaycan Alban-Udi Dini İcmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 428 baxış
Yeni Ramana sakinlərini bezdirən yol | Problemlə bağlı qurumdan açıqlama - Baku TV

Yeni Ramana sakinlərini bezdirən yol | Problemlə bağlı qurumdan açıqlama - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 428 baxış
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 428 baxış
Seçilmişlər
icon