Qubanın hansı kəndlərinin adının dəyişdirilməsi təklif edilir? - Baku TV
Quba rayonunda bir neçə yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi təklif edilib. Bu barədə Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.
Belə ki, rayonun Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin adının Çinarlı, Timiryazev kəndinin adının isə Bəhrəli ilə dəyişdirilməsi təklif olunur.
“İllərdir Timiryazev kəndində yaşayırıq. Kəndimizin adını çəkəndə xəcalət çəkirik. Başqa yerlərə gedəndə isə adama gülürlər, “o nə deməkdir?” deyirlər. Qəribə gəlir hamıya”, – Timiryazev sakini bildirib.
Vladimirovka bələdiyyəsinin sədr müavini Bəşir Qəhrəmanov da öz təklifini verib:
“Mən də təklif etmişəm ki, kəndimizin adı Azərbaycanla əlaqəli bir adla əvəz olunsun. “Elbir” çox gözəl addır. Çünki bizim kənddə hər bir millətin nümayəndəsi yaşayır: ləzgilər, türklər, xınalıqlar, tatlar var. Buna görə də bu ad çox yerinə düşər”.
Qeyd edək ki, Quba rayonunun üç kəndinin adının dəyişdirilməsi ilə bağlı təklif Milli Məclisin Toponimiya komissiyasının iclasında dəstəklənib və məqsədəmüvafiq hesab edilib. Bununla əlaqədar müvafiq qanun layihəsi hazırlanaraq Milli Məclisin aidiyyəti komitələrinin müzakirəsinə çıxarılacaq.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
