"100 ilin binasıdır, hamı əziyyət çəkir" | Qurumlar məsuliyyəti bir-birinin üstünə atdı - Baku TV
Azərbaycanda mövcud mənzil fondunun böyük hissəsini yeni tikililər deyil, ötən əsrdə inşa olunan binalar təşkil edir.
Rəsmi statistikaya əsasən, ölkədəki mənzillərin təxminən 65 faizi 1946-1990-cı illərdə tikilib. 2020-ci ildən sonra inşa edilən binaların ümumi mənzil fondundakı payı isə cəmi 1,3 faizdir.
Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən binalar da köhnə tikililər sırasındadır. Buradakı binaların bir qismi 1927-ci ildə inşa olunub.
Sakinlərin sözlərinə görə, uzun illərdir binalarda ciddi problemlər yaşanır. Onlar bildirirlər ki, navalçalar sıradan çıxıb, pilləkənlər yararsız vəziyyətə düşüb, eyvanlar isə təhlükə yaradır.
“100 ilin binasıdır. Hamı əziyyət çəkir. Evlərə su damır. Balkonlar da çox təhlükəlidir. Küçədən keçən insanların başına düşə bilər”, – deyə şikayətçi narazılığını dilə gətirib.
#Köhnə binalar teqi istifadə olunub
