Pleyeri seçin:
"Belə şey görməmişdim" | Lənkəranda qeyri-adi hadisə | Ancaq yatanda... - Baku TV
Lənkəran rayonunun Nərimanabad-2 qəsəbəsində qeyri-adi hadisə baş verib. ,
Belə ki, ördək balası sahibindən ayrılmır və günün, demək olar ki, bütün saatlarında onunla birlikdə hərəkət edir.
Ördəyin sahibi Rahil Vəliyev bildirib ki, balanı yumurtadan çıxdıqdan sonra evə gətirib və həmin andan etibarən ondan ayrı qalanda narahat olur:
“Mağazaya gedirəm, o da gəlir. Məndən əl çəkmir. Yuxarı çıxıram, həyətdə o qədər səs çıxarır ki, axırda düşürəm aşağı. Görürəm ki, yanıma gəlir”.
Sakinlər isə belə hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. Ördəyin sahibindən ayrılmadığını və onun ardınca hər yerə getdiyini bildirirlər.
Kopyalandı
