"Buraya nəzarət edin!" | Piyada səkisində dəhşətə gətirən mənzərə - Baku TV
Bakının Binəqədi rayonu ərazisində piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə böyük çuxur yaranıb.
Sakinlərin sözlərinə görə, bu vəziyyət onların gündəlik hərəkətini çətinləşdirir və həyati təhlükə yaradır.
Onlar bildirirlər ki, sözügedən ərazidə piyadalar səki ilə hərəkət edə bilmədikləri üçün məcburən intensiv avtomobil axınının olduğu yola çıxırlar. Bu isə xüsusilə yaşlılar, uşaqlar və gecə saatlarında ərazidən istifadə edənlər üçün ciddi risk yaradır.
Sakinlər deyirlər ki, ərazidə təkcə çuxur problemi deyil, həm də işıqlandırmanın olmaması vəziyyəti daha da təhlükəli edir. Onların sözlərinə görə, gecə saatlarında həmin hissədən keçmək, demək olar ki, mümkün olmur.
“Çox adam buraya düşür”, “Aşıb yıxılırıq, sonra qalxıb yolumuza davam edirik”, “Nə işıqlandırma var, nə də nəzarət. Buna mütləq baxılmalıdır”, – deyə sakinlər bildiriblər.
#Binəqədi teqi istifadə olunub
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
- Quşçuluq ferması ilə bağlı şikayət: Sakinləri kəskin qoxu narahat etdi - Baku TV
- Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI
- "Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV
