Pleyeri seçin:

"Əl-qolla danışma, eşitdin?" | Xırdalanda davaya səbəb olan qalmaqal - Baku TV

07 iyul 2026 372 baxış

Xırdalan şəhərinin Tofiq Hüseynov küçəsində çoxmərtəbəli binanın yaşayış evlərinə yaxın məsafədə tikilməsi sakinlərin narazılığına səbəb olub.

Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, “Eko Park” MTK tərəfindən inşa olunan 18 mərtəbəli bina onların evləri üçün təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, tikinti işləri zamanı təhlükəsizlik qaydalarına və binalar arasındakı ara məsafəsinə əməl edilmir.

“Bina evimizə çox yaxın məsafədə tikilir. Evin arxa hissəsinin uçmaq təhlükəsi var, ön tərəfdə isə çatlar yaranıb”, – deyə sakinlərdən biri bildirib.

Ərazidə yaşayan digər vətəndaş isə tikinti işlərinin səhər saat 7-dən axşam saat 8-dək davam etdiyini söyləyib:

“Demək olar ki, həftənin bütün günləri işləyirlər, səs-küy rahatlığımızı pozur”.

Vətəndaşlar səkkiz aydır problemlərin aradan qaldırılacağına dair vədlər verildiyini, lakin heç bir tədbir görülmədiyini əlavə ediblər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi “Eko Park” MTK-nın mülkiyyətində olan torpaq sahəsidir. Şirkət qanunvericiliyə uyğun olaraq ərazisində hasarlama işləri aparır. Şirkətin tikintiyə aid bütün sərəncamları mövcuddur.

Banner
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 372 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 372 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 372 baxış
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon