Pleyeri seçin:

"Energetika memarlığı" filmi WUF13 çərçivəsində ictimaiyyətə təqdim edilib - Baku TV

20 may 2026 306 baxış

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Energetika Memarlığı” adlı film hazırlanıb.

Film Azərbaycanın elektroenergetika sahəsinin tarixi inkişaf yolunu, bu sahədə formalaşmış memarlıq və texnoloji yanaşmaları əks etdirən sənədli ekran işidir.

Burada 1883-cü ildə Gədəbəydə ilk elektrik stansiyasının qurulmasından başlayaraq müasir dövrdə həyata keçirilən iri enerji layihələrinə qədər uzanan inkişaf mərhələləri təqdim edilir.

Ekran əsərində energetika yalnız texniki infrastruktur kimi deyil, həm də şəhərsalma, memarlıq və milli inkişafın mühüm elementi kimi göstərilir. Filmdə Azərbaycanda enerji obyektlərinin keçdiyi təkamül yolu sovet dövrünün funksional yanaşmasından başlayaraq müasir dövrdə estetik və rəqəmsal həllərlə zənginləşdirilmiş yeni energetika memarlığı modelinə qədər geniş şəkildə nümayiş olunur.

Filmdə xüsusilə son 20 ildə həyata keçirilən enerji layihələri, qapalı tipli yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri, müasir elektrik stansiyaları və işğaldan azad edilmiş ərazilərdə qurulan yeni enerji infrastrukturu ön plana çıxarılır. Bununla yanaşı, “yaşıl enerji” konsepsiyası çərçivəsində yaradılan müasir enerji sistemləri də ekran əsərinin əsas mövzularından biridir.

Film energetikanın yalnız iqtisadi inkişaf deyil, həm də milli memarlıq düşüncəsi və dövlətçilik baxışının tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 306 baxış
Seçilmişlər
icon