"Müəllimlərin maaş artımı ilə bağlı problem odur ki..." | Nazir açıqlama verdi - Baku TV
Bizim təhsil sisteminin idarə olunmasında böyük problem müəllim maaşının saat hesabı verilməsidir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Yəni müəllim maaşını əgər saat hesabı verəcəyiksə, onu əsaslı şəkildə artırmaq çətin olacaq. 31 saat dərs deyən müəllimimizin maaşı 1500–2000 manat arasında dəyişir. Bizim belə müəllimlərimizin sayı 14228 nəfərdir. Göründüyü kimi, 1 nəfər, 2 nəfər, 5 nəfər deyil, kütləvi xarakter daşıyır. Amma problem ondan ibarətdir ki, bütün müəllimlər 31 saat dərs deyə bilərmi? Yox. Bizim təhsil sistemimizdə o qədər saat yoxdur. Deməli, hamı 31 saat və yaxud 30 saat dərs deyə bilmirsə, nəzəri olaraq hamıya 1500–2000 manat verə bilməyəcəyik. Çünki bu 1500–2000 manatın arxasında duran əsas şərt 31 saat dərs deməkdir”, – deyə o qeyd edib.
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
