Pleyeri seçin:
"POLİS AXTARIŞINDA OLDUĞUMUZ ÜÇÜN NİKAHA GİRMƏMİŞİK" - ARZUNUN VAXTI
İyulun 9-da İsmayıllıda valideynləri tərəfindən axtarışa verilən Ağaverdi Xəlilov və Aytac Mayılova Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin qonağı olublar.
İtkin düşdüyü deyilən Ağaverdi Xəlilov bəzi məqamlara aydınlıq gətirib. 19 yaşlı gənc bildirib ki, bir-birlərini 4 ildir tanıyırlar:
“Bir neçə dəfə ailəmlə bu barədə danışmışam. Demişəm ki, bir qızı istəyirəm, elçi gedək. Ancaq valideynlərim 19 yaşım olmasına baxmayaraq, yaşımın çatmadığını, hələ tez olduğunu dedilər. Bir ay gözlədik, sonra qaçmaq qərarına gəldik”.
Ağaverdi Xəlilov bir müddət ailəsindən uzaq olmaq istədiyini deyib: “Özüm vaxtı çatanda onların yanına gedəcəyəm. Tək xahişim odur ki, məni narahat etməsinlər”.
Kopyalandı
#İsmayıllı teqi istifadə olunub
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
- "Bilmirəm ki, qışı necə yola verəcəyik" - Əhali imdad diləyir: “Bura yarandığı gündən...” - Baku TV
