"Qırmızı körpü"də dəhşətli sıxlıq yarandı | 450 maşın yolda qaldı
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda böyük sıxlıq yaranıb. Sərhədi keçmək üçün 450 avtomobil gözləyir.
Bu barədə Baku TV-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 98, “Biləsuvar” gömrük postunda 125, “Mazımqara” gömrük postunda 15, “Samur” gömrük postunda 87 yük maşını var. Məlumata görə, hazırda “Xanoba” gömrük postunda gözləyən avtomobil yoxdur.
Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyi gömrük-sərhəd buraxılış məntəqələrində vaxt itkisinin qarşısının alınması məqsədilə daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu həm də daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
