Pleyeri seçin:

Şamaxıda “Yay Fest 2026” həyəcanı | İştirakçılar yeni bilik və təcrübə qazanırlar - Baku TV

22 iyul 2026 423 baxış

“Yay Fest 2026” çərçivəsində gənclərin media və rəqəmsal bacarıqlarının inkişafına həsr olunan növbəti düşərgə Şamaxıda təşkil edilib.

2019-cu ildən keçirilən festival artıq altıncı dəfədir gəncləri bir araya gətirir. Beş gün davam edən düşərgədə iştirakçılar müxtəlif təlimlərə, ekspert çıxışlarına və panel müzakirələrinə qatılır, eyni zamanda asudə vaxtlarını səmərəli keçirirlər.

Gənclər Fondunun şöbə müdiri Nail Şükürov bildirib ki, “Yay Fest” ölkənin ən böyük gənclər festivallarından biridir və hər il aktual mövzuya həsr olunur:

“Bu il Prezident İlham Əliyevin təsdiqlədiyi süni intellekt üzrə milli strategiyanın prioritetlərini nəzərə alaraq festivalın əsas mövzusunu süni intellekt və rəqəmsal inkişaf olaraq müəyyən etmişik”.

Onun sözlərinə görə, festival çərçivəsində ümumilikdə səkkiz düşərgə keçiriləcək. Hər düşərgədə 250 gəncin iştirakı nəzərdə tutulur:

“Ümumilikdə 2 mindən çox gənc “Yay Fest”dən faydalanacaq. Düşərgələrdə panel müzakirələri, təlim sessiyaları təşkil ediləcək. Gənclər burada yeni bilik və bacarıqlar qazanacaq, həmyaşıdları ilə əlaqələr quracaq və asudə vaxtlarını səmərəli keçirəcəklər”.

Nail Şükürov qeyd edib ki, festival ərazisində iştirakçıların qalması, istirahəti, təlimlərə və əyləncə proqramlarına qatılması üçün bütün şərait yaradılıb.

“İlk düşərgə rəqəmsal dövlət mövzusuna həsr olunmuşdu. Hazırkı düşərgənin mövzusu isə media və rəqəmsal savadlılıqdır. Məqsədimiz gənclərin əylənərək öyrənməsidir. Bunun üçün qeyri-formal təhsil metodlarından istifadə edirik və illərin təcrübəsi göstərir ki, bu yanaşma öz bəhrəsini verir”, – deyə o vurğulayıb.

Banner
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 423 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 423 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 423 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 423 baxış
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 423 baxış
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 423 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 423 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 423 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 423 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 423 baxış
Seçilmişlər
icon