Cəmiyyət
Pleyeri seçin:

Şəhid olmazdan öncə heç vaxt rahat yaşamadı | Mayor Toğrul Bərxudarovun həyat yoldaşı

07 avqust 2024

Baku TV Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun evindən reportaj hazırlayıb.

3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən Toğrul Bərxudarovun ailəsi şəhidimizlə bağlı xatirələrini bölüşərək onun qəhrəmanlıq yolundan bəhs edib.

Həyat yoldaşı Zəhra Bərxudarova Toğrul Bərxudarovun şəhid olması xəbərini necə alması barədə danışıb:

“Yolda atam zəng edib deyəndə ki, təcili gəl, radara fikir vermə, düşündüm, yəqin, Toğrulun vəziyyəti ağırdır. Yanına gedəndə onu evlərində bayrağa bükülmüş vəziyyətdə gördüm. Övladlarım da atalarının ölüm xəbərini mənimlə bir yerdə öyrəndilər. O vaxt elə qışqırdım ki, oğlumda travma qalıb, yanında kimsə səsini yüksəldəndə əsir”.

Şəhidimizin oğlu Əli Bərxudarlı atasının onun qəhrəmanı olduğunu söyləyib: “Atasız böyüyən şəhid övladlarını başa düşürəm. İstəyərdim ki, atam şəhid olmasın. Yanıma gələrdi, məni qucaqlayardı, deyərdi ki, özünü qoru. İndi tək qalmışam. Biz hələ də bəlkə gələr deyə onun yolunu gözləyirik. Hər dəfə anamın gözyaşlarını görəndə pis oluram, ona deyirəm ki, ağlama”.

Z.Bərxudarova yuxusunda həyat yoldaşının ona təsəlli verməsindən də bəhs edib: “Toğrul şəhid olandan sonra ağır bir əməliyyata girdim. Çox qorxurdum. Əməliyyatdan öncəki gecə yuxuda Toğrulu gördüm. Gəlib əlimdən tutdu, dedi ki, narahat olma, heç nədən də qorxma. Yuxudan ayılanda həmin istiliyi əlimdə hiss etdim. Sanki həqiqətən gəlib əlimdən tutmuşdu”.

Elə o an sanki belim qırıldı... | Şəhid Ramazan Hüseynzadədən ailəsinə hansı xatirə qaldı?

Elə o an sanki belim qırıldı... | Şəhid Ramazan Hüseynzadədən ailəsinə hansı xatirə qaldı?

Cəmiyyət
19 sentyabr 2024
Əməkdaşımız II Şəhidlər xiyabanından son məlumatları çatdırır

Əməkdaşımız II Şəhidlər xiyabanından son məlumatları çatdırır

Cəmiyyət
19 sentyabr 2024
Dedi ki, hər zaman sənin yanındayam | Şəhid Murad Eyyubovun anası danışdı

Dedi ki, hər zaman sənin yanındayam | Şəhid Murad Eyyubovun anası danışdı

Cəmiyyət
19 sentyabr 2024
Ordumuzun tarix yazdığı gün | Antiterror tədbirlərinin birinci ildönümü

Ordumuzun tarix yazdığı gün | Antiterror tədbirlərinin birinci ildönümü

Cəmiyyət
19 sentyabr 2024
Doğmalarım olmadan qayıtmaq çox ağır idi | Xankəndi 35 ildə necə dəyişdi?

Doğmalarım olmadan qayıtmaq çox ağır idi | Xankəndi 35 ildə necə dəyişdi?

Cəmiyyət
19 sentyabr 2024
Yuxu idi, ya ruh, bir də gördüm ki... | Yoldaşı şəhid gizirin vurulduğunu necə hiss etdi?

Yuxu idi, ya ruh, bir də gördüm ki... | Yoldaşı şəhid gizirin vurulduğunu necə hiss etdi?

Cəmiyyət
19 sentyabr 2024
Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü

Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü

Cəmiyyət
19 sentyabr 2024
Musiqi xəzinəmiz dünya arenasında niyə kifayət qədər tanınmır? | Əməkdar artistdən açıqlama

Musiqi xəzinəmiz dünya arenasında niyə kifayət qədər tanınmır? | Əməkdar artistdən açıqlama

Cəmiyyət
18 sentyabr 2024
Bəzi parklardan attraksionlar niyə yığışdırıldı? | Valideynlər və azyaşlılar narazıdır

Bəzi parklardan attraksionlar niyə yığışdırıldı? | Valideynlər və azyaşlılar narazıdır

Cəmiyyət
18 sentyabr 2024
Milli Musiqi Günündə Şuşada güllələnmiş heykəllər ziyarət olundu

Milli Musiqi Günündə Şuşada güllələnmiş heykəllər ziyarət olundu

Cəmiyyət
18 sentyabr 2024
Seçilmişlər
icon