Pleyeri seçin:

“Su daşımaqdan barmağım "mazol" olub" | Xocəsən sakinləri 5 gündür niyə susuz qalıb? - Baku TV

17 avqust 2026 244 baxış

Binəqədi rayonunun Xocəsən qəsəbəsində sakinlər beş gündür su problemi ilə üzləşdiklərini bildirirlər.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə suyun verilişi dayanıb, onlar içməli su ehtiyaclarını məhəllədəki bulaqlardan ödəməyə çalışırlar. Lakin bulaqlardan gələn suyun təzyiqinin də olduqca zəif olduğu bildirilir.

“İşdən gəlirəm, vedrə-vedrə su daşıyıram. Hara zəng edirik, deyirlər qəza var, düzələcək, amma heç kim baxmır”, – deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən keçən Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən, diametri 200 millimetr olan su xəttində qəza baş verib.

Qurumun məlumatına görə, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Problemin aradan qaldırılması üçün Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub. Hazırda qəzalı su xəttinin və onun üzərində yerləşən siyirtmənin yenilənməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

Bildirilib ki, işlərin mümkün qədər qısa müddətdə yekunlaşdırılması və su təchizatının normal rejimdə bərpası üçün bütün zəruri tədbirlər görülür.

Banner
Bakıda bir sərnişinə görə avtobusu saxlamaq qərarı sürücüyə baha başa gəldi - Baku TV CANLI

Bakıda bir sərnişinə görə avtobusu saxlamaq qərarı sürücüyə baha başa gəldi - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
"400 metr piyada getmişəm" | Bir sərnişinə görə hamını yolda qoymaq istədi, işindən oldu - Baku TV

"400 metr piyada getmişəm" | Bir sərnişinə görə hamını yolda qoymaq istədi, işindən oldu - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV

Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
“Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV

“Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 244 baxış
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 244 baxış
Seçilmişlər
icon