Pleyeri seçin:

Təcrübə olmadan necə iş tapaq? - “Tələbələrlə də əmək müqaviləsi imzalanacaq” - Baku TV

11 fevral 2026 653 baxış

Son bir ildə şirkətlər əsasən texniki ixtisaslar, satış və maliyyə sahələrində işçi axtarır.

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, müraciət edənlərin böyük hissəsi ya təcrübəsizdir, ya da müasir dövrün tələb etdiyi rəqəmsal bacarıqlara malik deyil.

Gənclər də işsizlikdən şikayətlənir, onlara təcrübə qazanmaq üçün şərait yaradılmadığını bildirirlər.

HR mütəxəssisi Səadət İsmayılovanın sözlərinə görə, iş bazarının tələbləri ilə gənclərin bacarıqları arasındakı uyğunsuzluq əsas problemdir:

“Ali və orta ixtisas təhsilinin daha praktik, real iş bazarına uyğun təşkil olunması vacibdir. Eyni zamanda, bəzi iş imkanları rəsmi şəkildə elan olunmur və tövsiyə yolu ilə doldurulur”.

Bəs məsələnin həll yolu nədir? Bu istiqamətdə gənclərə necə dəstək göstərmək olar?

Millət vəkili Vüqar Bayramov qeyd edir ki, “Əmək Məcəlləsi”nə edilən yeni dəyişikliklərə əsasən, təcrübə proqramları çərçivəsində əmək müqaviləsinin bağlanmasına icazə veriləcək. Bu, təhsil alan tələbələrə həmçinin əməkhaqqı almaq imkanı yaradacaq. Keçmişdə tələbələrin əmək müqaviləsi bağlaması mümkün deyildi, amma yeni qaydalara əsasən artıq bu imkan yaranacaq.

Mütəxəssislər bildirirlər ki, ali məktəblərlə şirkətlər arasında sıx əməkdaşlıq qurulmalı, praktik yönümlü təcrübə proqramları genişləndirilməlidir. Həmçinin 15 yaşından uşaqların məşğulluğunun təmini istiqamətində də qurumlar səviyyəsində addımlar atılmalıdır.

Kopyalandı
Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 653 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 653 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 653 baxış
Seçilmişlər
icon