Pleyeri seçin:

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda hansı işlər görülür?

25 iyul 2025 679 baxış

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85% icra edilib.

Bu barədə Baku TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihənin ümumi uzunluğu 82 km təşkil edir.

Avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrə qədər yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401,8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə ümumilikdə 18 160,3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 679 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 679 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 679 baxış
Seçilmişlər
icon