Pleyeri seçin:
Universitetlərə bu məqsədlə pul ayrıldı | Təhsil haqqı isə...
“Universitetlərdə elmi tədqiqat işləri ilə bağlı ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.
Nazir qeyd edib ki, adambaşına maliyyələşmə modeli adından da göründüyü kimi yalnız tələbənin tədrisi üçün lazım olan maliyyə xərclərini ehtiva edir:
“Bunun içində hansısa tədqiqat komponenti yoxdur. Təhsil haqqı ilə tədqiqatı maliyyələşdirmək çətin bir prosesdir. Bu gün bəzi universitetlər təhsil haqqından qənaət etdiyi vəsait hesabına tədqiqat işləri görür. Yalnız ötən il pilot şəklində maliyyələşmə forması tətbiq edilib. Nəticədə bir neçə ali təhsil müəssisəsinə 8 milyon manat verilib”.
Kopyalandı
#Emin Əmrullayev teqi istifadə olunub
- Emin Əmrullayev müəllimlərin geyimindən danışdı - Baku TV
- Bu fənn müəllimləri də sertifikasiyaya cəlb olunacaq? | Emin Əmrullayevdən açıqlama - Baku TV
- “Tələblərimiz artacaq” | Nazirdən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı açıqlama - Baku TV
- Emin Əmrullayev məktəblərdə süni intellektin tətbiqindən danışdı - Baku TV
- Emin Əmrullayevin yeni tədris ilinə dair mətbuat konfransı - Baku TV
