Pleyeri seçin:

Uşaqlara kişilər baxacaq? - "Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi…"

27 may 2025 836 baxış

Atalara ödənişli məzuniyyət verilməsi ədalətli və ailədaxili razılaşma baxımından faydalı yanaşmadır. Amma ənənəvi kişi mərkəzli cəmiyyətimizdə bu hüquqdan geniş istifadə olunacağı hələ ki real görünmür.

Bu fikirləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev atalara 14 günlük ödənişli məzuniyyət hüququnun qanunvericiliyə təklif edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəllər bu cür məzuniyyət yalnız analara şamil olunurdu, lakin qanuna ediləcək dəyişikliklərlə bu hüququ ataların da qazanması nəzərdə tutulur:

“Əgər ailədə elə bir razılaşma varsa ki, ana işləməyə davam etsin, ata isə məzuniyyətə çıxsın, bu halda ataya da ödənişli məzuniyyətin verilməsi tam ədalətlidir. Bu, həm də uşağın böyüməsində atanın daha fəal iştirakı baxımından müsbət addımdır”.

Bununla belə, sosioloq hesab edir ki, mövcud ənənəvi dəyərlər sistemi bu dəyişikliklərin geniş tətbiqini məhdudlaşdıra bilər:

“Bizim cəmiyyət kişi mərkəzlidir. Əmək bölgüsü də belə formalaşıb: kişilər daha çox çöl işi ilə, qadınlar isə ev və uşaq baxımı ilə məşğul olur. Uşağa qulluq məsələsində isə ana emosional və fiziki baxımdan daha uyğun tərəf sayılır”.

Üzeyir Şəfiyev əlavə edib ki, Avropa təcrübəsində belə hallarda ataların ödənişli məzuniyyətə çıxması artıq geniş yayılıb, lakin Azərbaycanda bu praktikanın yaxın dövrdə geniş tətbiq olunacağı gözlənilmir:

“Baxmayaraq ki, bu, hüquq qanunvericilikdə tanınacaq, real həyatda bundan istifadə edən kişi sayı çox az olacaq. Amma elə situasiyalar da var ki, orada məhz atanın məzuniyyətə çıxması vacib olur. Bu baxımdan qanunvericiliyin bu cür dəyişməsi müsbət və məntiqli addımdır”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 836 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 836 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 836 baxış
Seçilmişlər
icon