“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri yaşadıqları ərazidə yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Vətəndaşların sözlərinə görə, yolun kənarında piyadalar üçün səkinin olmaması isə əlavə problemlər yaradır.
Sakinlər yaşadıqları ərazidəki problemlərlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
Onlardan biri bildirib ki, qəsəbənin əsas problemləri kanalizasiya xəttinin və magistral yolun çəkilişi ilə bağlıdır.
Vətəndaşın sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem həllini tapmayıb:
“Qışda bu yoldan keçmək mümkün olmur. Aidiyyəti qurumlardan xahiş edirik ki, müraciətimizə biganə qalmasınlar”.
Digər bir sakin isə qeyd edib:
“Aidiyyəti qurumlardan xahiş edirik ki, yolun təmiri ilə bağlı bizə kömək etsinlər. Təcili tibbi yardım çağıranda yollardakı problemə görə gəlməkdə çətinlik çəkirlər. Problemlərimiz həll edilsə, daha yaxşı olar”.
#Biləcəri teqi istifadə olunub
- Binanın üzlük daşları qoparaq yerə tökülür | Biləcəri sakinlərinin şikayəti - Baku TV
- Biləcəri sakinin torpaq sahəsini kimlər bataqlığa çevirib? - Baku TV
- Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir
- Biləcəri qəsəbəsinin sakinləri narahatlıq keçirir
- "Arxasında qaz borusu var" | Sakin qurumuş ağacların yaratdığı təhlükədən danışdı - Baku TV
