Pleyeri seçin:

Xərçəng şişləri bu əlamətləri yarada bilər | Siçanlar üzərində təcrübə aparıldı

17 aprel 2025 713 baxış

Xərçəng şişləri insan beyninə təsir edərək yaşam həvəsini azalda bilər.

Bu barədə "Science" jurnalında dərc edilən yeni tədqiqatda deyilir.

Vaşinqton Universitetinin mütəxəssisləri xərçəngin insan psixologiyasına təsirinin şokedici mexanizmini üzə çıxarıblar.

Onlar sübut ediblər ki, şişlər beyni yenidən proqramlaşdıraraq xəstənin həyatda qalmaq istəyini azalda bilir.

Siçanlar üzərində aparılan təcrübə zamanı alimlər xərçəngə bağlı kaxeksiya, yəni kəskin arıqlama və əzələ itkisi modelindən istifadə ediblər. Məlum olub ki, şişlər "area postrema" adlanan və qan-beyin baryeri olmayan beyin nahiyəsinə daxil olaraq iltihabi molekullar ifraz edir. Bu siqnallar motivasiya mərkəzi hesab edilən beyin nahiyəsində dopaminin sintezini zəiflədir. Nəticədə hətta sadə hərəkətlər belə xəstəyə dözülməz və mümkünsüz görünür.

Tədqiqatda siçanların fiziki imkanları olduğu halda, güc tələb edən tapşırıqlardan imtina etdikləri müşahidə edilib.

Bu davranış insanlarda da özünü büruzə verib: pasiyentlər kifayət qədər qidalanma və müalicəyə baxmayaraq, həyat eşqini itirirlər.

Alimlər iltihaba cavab verən neyronları bloklayaraq, dopamin ifrazını stimullaşdırıb və sitokinləri dərmanla neytrallaşdıraraq siçanlarda yenidən fəaliyyətə meyli bərpa edə biliblər.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 713 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 713 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 713 baxış
Seçilmişlər
icon