Pleyeri seçin:

Xırdalandakı qəribə hadisə ilə bağlı rəsmi açıqlama

13 avqust 2024 552 baxış

Xırdalan sakinin başına iş gəlib.

Şikayətçi iddia edir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə, ev 1B, mənzil 45 ünvanının sayğacına qoşulub. Nəticədə ev sahibi 5 ay ərzində işığa artıq pul ödəməli olub.

Gecə saatlarında adıçəkilən ünvanda işıqlar söndükdə evin sahibi parkın işığının da söndüyünü müşahidə edib. Karta pul vurub yüklədikdə isə yenidən parkın işıqlarının yandığını görüb. Ev sahibi sayğacı yoxladıqda məlum olub ki, parkın işığı onların sayğacına quraşdırılıb.

Məsələ ilə bağlı Abşeron rayonu Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən bildirilib ki, RİH-nin müvafiq şöbələri tərəfindən dərhal araşdırma aparılıb.

Məlum olub ki, 2021-ci ildə Xırdalan şəhəri 27-ci məhəllə, 1B binasında baş verən partlayış nəticəsində həm yaşayış binası, həm də ərazidə olan fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Verilən rəy nəticəsində yaşayış binası təmir olunub, fərdi evlər isə digər əraziyə köçürülməklə yerində abadlıq işlərinin aparılmasına qərar verilib. Bununla əlaqədar olaraq nümayəndəlik tərəfindən dağınıq sahədə parkın salınması ilə bağlı 2024-cü ildə tender elan olunub. Qalib şirkət tərəfindən ərazidə park salınıb və 11 işıq dirəyi quraşdırılıb. Onlardan ikisi şirkətin əməkdaşı tərəfindən texniki anlaşılmazlıq səbəbindən vətəndaşın istifadəsində olan sayğaca qoşulub.

Məsələ ilə əlaqədar olaraq nümayəndəlik tərəfindən şirkətə məlumat verilib və şirkət də öz növbəsində texniki anlaşılmazlığa görə vətəndaşdan üzrxahlıq edərək bildirib ki, dəymiş ziyan hesablanaraq tam şəkildə vətəndaşa ödəniləcək.

Qurumdan həmçinin bildirilib ki, Abşeron Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik xətti sayğacdan ayrılıb.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 552 baxış
Seçilmişlər
icon