Pleyeri seçin:
Xırdalandan yeni marşrut xətti istifadəyə verilir
Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətində sərnişinlərin sürətli və rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, oktyabrın 17-dən etibarən E2 nömrəli yeni ekspres avtobus xətti istifadəyə veriləcək. Avtobuslar saat 06:00-dan 23:00-dək, 8-10 dəqiqəlik intervalla hərəkət edəcək. Gediş haqqı 60 qəpik təşkil edəcək və ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Marşrut Heydər Əliyev prospektindəki AAAF və “Kristal Abşeron” yaşayış kompleksləri, Abşeron Rayon Mədəniyyət Mərkəzi və digər mühüm dayanacaqlardan keçəcək.
Kopyalandı
#Xırdalan teqi istifadə olunub
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
- Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
