Pleyeri seçin:

Yağış başıma yağırdı, orada qocaldım mən... | "Keşlə bazarı"ndan köç edən satıcılar narazıdır

28 yanvar 2025 547 baxış

Nərimanov rayonunda yerləşən məşhur “Keşlə bazarı”nda köç başlayıb.

İcarədarlara fevralın 1-nə qədər möhlət verilib. Bazar artıq Dərnəgüldə yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərəcək.

Satıcılardan bəziləri yeni ünvandan razıdırlar, bəziləri isə narazı olduqlarını bildiriblər.

“Bu qədər malım var, dünəndən daşıyırıq, hələ də qurtarmır. Heç olmasa, marta qədər vaxt verərdilər, yükümüz bir az yüngülləşərdi”, – satıcılardan biri deyib.

Baku TV-nin əməkdaşı yeni “Keşlə bazarı”nda da olub. Satıcılar yeni iş yerlərindən razılıq etsələr də, alıcılıq qabiliyyətinin bir o qədər də ürəkaçan olmadığını bildiriblər.

“Bu gün səhər gəlmişik. Hələ ki müştəri yoxdur. Problemimiz alıcı qabiliyyətinin aşağı olmasıdır. Yerimiz rahatdır. Köhnə bazarda başımıza yağış yağırdı, mən elə orada qocaldım”, – deyə satıcı söyləyib.

Xatırladaq ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində plana düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 547 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 547 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 547 baxış
Seçilmişlər
icon