Pleyeri seçin:
Yeni qanunda gözlənilməz dəyişiklik
“Ali təhsil müəssisələrinə qəbul sistemində problem var”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bunlardan əsası ixtisas seçimidir: "Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".
Kopyalandı
![icon](/images/loading.png)