107 günün sirri ortaya çıxır | Trampa uduzan Harris nələri etiraf edəcək?
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2024-cü il prezident seçkiləri kampaniyası haqqında kitab dərc edəcək.
Kitab “107 gün” adlanacaq.
“X” sosial şəbəkəsində paylaşılmış videoçarxda Harris "107 gün"ü öz kampaniyası haqqında "pərdərxası hesabat" kimi təsvir edib.
"Düşünürəm ki, gördüklərimi, öyrəndiklərimi və irəli getmək üçün nəyin lazım olduğunu paylaşmaq lazımdır", ‒ Harris bildirib.
Bu elan Harrisin Kaliforniya qubernatoru vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bəyan etməsindən bir gün sonra açıqlanıb.
“Simon & Schuster” nəşriyyatı artıq öz saytında kitaba keçid yerləşdirib.
"Məxfi xidmətdəki kod adınız Pionerdir. Siz ABŞ-nin vitse-prezidenti seçilmiş ilk qadınsınız. 21 iyul 2024-cü ildə həmkarınız Co Bayden ikinci müddətə namizədliyini irəli sürməyəcəyini elan edəcək. Prezident seçkiləri 5 noyabr 2024-cü ildə keçiriləcək. Sizin 107 gününüz var", ‒ elanda deyilir.
Kitabın nəşri 23 sentyabr tarixinə planlaşdırılıb.
#ABŞ teqi istifadə olunub
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI
- ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM
- NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV
- 6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR
