Dünya
Pleyeri seçin:
137 gündən sonra okeandan sağ çıxan fransız səyyah
137 gün Atlantik okeanında üzən və bir müddət əvvəl 6 metrlik şəxsi qayığı ilə dənizdə itən fransız macərapərəst Didye Bovard türk dənizçiləri tərəfindən xilas edilib.
Hadisə iyunun 24-də baş verib. Türk dənizçilərin işlədiyi, özəl bir şirkətə məxsus xam neft gəmisi Atlantik okeanında hərəkət edərkən, Amerika Sahil Mühafizəsinin xəbərdarlığı ilə bir müddət əvvəl dənizdə itən qayıq üçün xilasetmə əməliyyatına başlayıb.
Fransız macərapərəst Didye Bovardın idarə etdiyi pedallarla hərəkət edən xüsusi hazırlanmış qayıq, türk dənizçilərinin 6 saatlıq səylərindən sonra xilas edilib.
Kopyalandı
Seçilmişlər