Dünya
Pleyeri seçin:
200-dən çox cinayətkar... | Türkiyə DİN rəhbəri əməliyyatın detallarını açıqladı
Türkiyədə terror qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabında bildirib.
O əlavə edib ki, 36 rayonda keçirilən “Gürz-8” əməliyyatı çərçivəsində ümumilikdə 222 şəxs saxlanılıb. Əməliyyat nəticəsində həmçinin sənədsiz tapança və ov tüfəngləri, müxtəlif valyutalar, elektron vasitələr ələ keçirilib.
Ali Yerlikaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.
Kopyalandı
Seçilmişlər