Dünya
Pleyeri seçin:

2024-cü il seçkiləri əvvəlkilərdən nə ilə fərqlənir? | İlk dəfə eşidəcəyiniz 6 fakt

06 noyabr 2024

2024-cü il ABŞ-də keçirilən prezident seçkilərini əvvəlki seçkilərdən fərqləndirən 6 amil açıqlanıb.

Hazırkı seçkilər mövcud olan namizədin səsverməyə bir neçə ay qalmış dəyişdirilməsi ilə fərqlənib. Belə ki, ABŞ Prezidenti Cozef Bayden bütün partiyadaxili seçkilərdə qalib gəldikdən sonra seçki yarışında iştirakdan imtina edib. O, yenidən seçilmək cəhdindən əl çəkən səkkizinci Amerika lideri olub. Lakin Bayden namizədliyini digərlərinə nisbətən daha gec geri götürdüyünə görə yadda qalıb.

2024-cü il seçkiləri həm də ona görə unikaldır ki, 1976-cı ildən bəri ilk dəfə Bayden, eləcə də Bill Klinton və Kiçik Buşun ailələrindən olan siyasətçilər seçkilərdə iştirak etməyiblər.

Bundan əlavə, seçki yarışı yeganə teledebatla baş tutub. 1980-ci ildən bəri dövlət başçısı vəzifəsinə namizədlər iki və ya daha çox debatlarda iştirak ediblər. Lakin bu il baş verən qarşıdurmalar, namizədin gec təyin olunması, həmçinin mövcud anlaşmazlıqlar, təxribat iddiaları kimi məsələlər debatları təxirə salıb. Nəticədə bu müddət ərzində namizədlər yalnız bir dəfə qarşı-qarşıya gəliblər.

Son seçki kampaniyası Donald Trampa qarşı üç sui-qəsd cəhdi ilə yadda qalıb. O həm də prezident seçkiləri tarixində səsvermədə iştirak edən ən yaşlı namizəddir. 14 iyunda onun 78 yaşı tamam olub. Əgər seçkilərdə qalib gələrsə, 2025-ci il yanvarın 20-də o, dörd il əvvəl hakimiyyətə gələn Baydendən 5 ay böyük olmuş olacaq.

Bundan əlavə, Tramp prezidentlik yarışında təqsirli hökm çıxarılan, lakin heç bir cəza tətbiq olunmayan ilk iştirakçı kimi tarixə düşüb.

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Dünya
22 noyabr 2024
Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Dünya
22 noyabr 2024
"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

Dünya
22 noyabr 2024
Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Dünya
22 noyabr 2024
Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Dünya
22 noyabr 2024
Biri türkdür, digəri isə… | Boyları ilə “Ginnesin Rekordlar Kitabı”na düşən qadınlar

Biri türkdür, digəri isə… | Boyları ilə “Ginnesin Rekordlar Kitabı”na düşən qadınlar

Dünya
22 noyabr 2024
Putindən təcili xalqa müraciət | Rusiya düşmənlərinə bu silahlarla meydan oxuyur

Putindən təcili xalqa müraciət | Rusiya düşmənlərinə bu silahlarla meydan oxuyur

Dünya
22 noyabr 2024
İsrail məqsədlərinə çatana qədər... | Netanyahu həbs edilməsi barədə qərara səssiz qalmadı

İsrail məqsədlərinə çatana qədər... | Netanyahu həbs edilməsi barədə qərara səssiz qalmadı

Dünya
22 noyabr 2024
3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

Dünya
22 noyabr 2024
Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon