2300 metr yüksəklikdə görün nə yaratdılar | Əkiz qardaşların inanılmaz ixtiraları
Finlandiya saunalara və aviasiyaya olan sevgisi ilə məşhurdur.
57 yaşlı əkiz qardaşlar Ari və Yari Lehtinen bu iki həvəsi birləşdirərək unikal bir ixtira – dünyanın ilk uçan saunasını yaradıblar.
170 kiloqram çəkisi olan innovativ sauna hava şarı vasitəsilə 2 300 metr yüksəkliyə qalxıb. Uçuş təxminən bir saat davam edib.
Göyərtədə iki ekipaj üzvü və iki fin saunası həvəskarı olub. Qardaşlar gələcəkdə onların uçan saunasının populyar turist attraksionuna çevriləcəyinə ümid edirlər.
Qeyd etmək lazımdır ki, bu Lehtinen əkizlərinin ilk qeyri-adi ixtirası deyil. Onlar daha əvvəl sualtı, kətan və öküz dərisi ilə örtülmüş mobil sauna yaradıblar.
Statistikaya görə, 5 milyon 600 min əhalisi olan Finlandiyada 3 milyondan çox sauna var. Yəni təxminən hər iki sakindən birinə bir sauna düşür.