Pleyeri seçin:

27 min insanın məlumatlarının təhlili nəyi üzə çıxardı?

27 iyun 2026 274 baxış

Yüksək arterial təzyiq hələ infarkt, insult və ya digər nəzərəçarpan simptomlar meydana çıxmazdan da əvvəl orqanizmə ciddi zərər vura bilər.

Orqanlarda gizli zədələnmələri aşkar etmək üçün süni intellekt sistemi hazırlayan Oksford Universitetinin tədqiqatçıları bu nəticəyə gəliblər.

Alimlər hipertoniyanın eyni vaxtda bir neçə orqana təsirini qiymətləndirən “HyperScore” adlı alqoritm hazırlayıblar. Yalnız qan təzyiqi göstəricilərinə əsaslanan ənənəvi yanaşmadan fərqli olaraq, bu sistem ürəyin, beynin, böyrəklərin, qan damarlarının, qaraciyərin, ağciyərlərin fəaliyyəti və maddələr mübadiləsi ilə əlaqəli yüzlərlə göstəricini təhlil edir.

Modelin öyrədilməsi üçün mütəxəssislər Böyük Britaniyada həyata keçirilən tibbi tədqiqat layihəsinin 27 mindən çox iştirakçısının məlumatlarından istifadə ediblər. Daha sonra əldə olunan nəticələr ABŞ-dən olan daha 5,5 min nəfərin məlumatları əsasında yoxlanılıb. Təhlil göstərib ki, hipertoniyaya bağlı ən azı altı müxtəlif zədələnmə növü mövcuddur. Bəzi insanlarda xəstəlik daha çox ürəyə, digərlərində isə beyinə, böyrəklərə, damarlara və ya maddələr mübadiləsinə təsir göstərir.

Araşdırma həmçinin göstərib ki, “HyperScore” göstəricisi yüksək olan şəxslər gələcəkdə ürək-damar fəsadları ilə daha çox üzləşirlər. Bu hal hətta onların qan təzyiqi göstəriciləri ciddi narahatlıq doğurmadığı hallarda da müşahidə olunub.

Gizli zədələnmənin ən mühüm əlamətlərindən biri maqnit-rezonans tomoqrafiyası zamanı aşkar edilən beyindəki dəyişikliklər olub.

Tədqiqatın müəlliflərinin sözlərinə görə, yeni texnologiya həkimlərə insult, ürək çatışmazlığı və böyrək xəstəlikləri riski yüksək olan pasiyentləri daha erkən mərhələdə müəyyən etməyə kömək edə bilər.

Banner
Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI

Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI

Dünya
17 oktyabr 2026 274 baxış
Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI

Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI

Dünya
17 oktyabr 2026 274 baxış
Liderlər arasında münasibətlər qırılma həddindədir

Liderlər arasında münasibətlər qırılma həddindədir

Dünya
17 oktyabr 2026 274 baxış
Fucouda tarixi irs gecə tamaşasına çevrilir

Fucouda tarixi irs gecə tamaşasına çevrilir

Dünya
17 oktyabr 2026 274 baxış
Müharibə bölgənin zeytun bağlarını və dolanışıq mənbələrini məhv edir

Müharibə bölgənin zeytun bağlarını və dolanışıq mənbələrini məhv edir

Dünya
17 oktyabr 2026 274 baxış
“Roadster” 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatır

“Roadster” 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatır

Dünya
17 oktyabr 2026 274 baxış
Türkiyə sahillərində ən qədim gəmi qəzası aşkarlandı

Türkiyə sahillərində ən qədim gəmi qəzası aşkarlandı

Dünya
17 oktyabr 2026 274 baxış
Tramp Ukraynadakı böhranın tezliklə həll olunacağına əmindir

Tramp Ukraynadakı böhranın tezliklə həll olunacağına əmindir

Dünya
17 oktyabr 2026 274 baxış
Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər

Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər

Dünya
17 oktyabr 2026 274 baxış
Trampdan Ukrayna ilə bağlı açıqlama

Trampdan Ukrayna ilə bağlı açıqlama

Dünya
17 oktyabr 2026 274 baxış
Seçilmişlər
icon